Kimisə hücum etməkdə ittiham etmək, diplomatlarının (Ukraynada) təxliyəsinə təşəbbüs göstərmək, diplomatik personalın səfirlik binalarında olan əşyaları dağıdacaqlarını, vəzifələrindən getməzdən əvvəl telefon xətlərini kəsəcəklərini bildirmək… – bütün bunlar heç bir əsası olmayan zahiri isteriyadır.
KONKRET.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
“Rusiyanın Ukraynanı işğalı üçün tarix vermək zahiri isteriyadır. Bunlar pandemiya kimi yayılaraq bütün dünyanı xəstələndirir. Hazırda gördüklərimiz həqiqətən də Avropada gərginliyi artırmağa və təhrik etməyə yönəlmiş görünməmiş fəaliyyətlər toplusudur. Bunun çox zərərli və pis üsul olduğunu düşünürük”, – Peskov bildirib.
