Bu gün səhər saatlarında Ukraynanın Vinnitsa regionu ərazisində bir neçə partlayış baş verib.
KONKRET.az “ukranews.com”a istinadən xəbər verir ki, bu barədə Vinnitsa regional hərbi administrasiyasının məlumatında qeyd olunub.
Məlumatda sakinlərdən təlaşa qapılmamaları və hadisə yerindən görüntülər paylaşmamaları xahiş edilib.
“Vinnitsa regionunda bir neçə partlayış səsi eşidilib. Təlaşa qapılmayın və hava hücumu sirenaları dayanana qədər sığınacaqları tərk etməyin. Biz həmçinin düşmənin xeyrinə işləyəcək fotolar, videolar və məlumatlar paylaşmamağınızı xahiş edirik”, – məlumatda qeyd olunub.//Apa
