Rusiya Prezidenti Vladimir Putin ağır xəstədir və Ukraynanın işğalından sonra onun səhhəti kəskin şəkildə pisləşib.
KONKRET.az xəbər verir ki, bu fikirləri həkim-nevroloq Aleksandra Şebet “nv.ua” nəşrinə verdiyi açıqlamasında səsləndirib.
“Putinin vəziyyətinin pisləşməsinə səbəb Ukraynada ordusunun uğursuzluqları nəticəsində yaşadığı ağır stressdir”, deyə o, qeyd edib.
“Aydındır ki, bu üç ay ərzində Putinin xarici görünüşündə çox ciddi dəyişikliklər baş verib. Çox güman ki, o, yüksək stress fonunda qəfil xəstəliyin gedişatını keçirib”, – deyə həkim bildirib.
Aleksandra Şebet, həmçinin Putinin psixi sağlamlığı ilə haqda da danışıb.
“Yeri gəlmişkən, müharibə elan olunandan sonra hamı Putində hansısa xəstəlik tapmağa çalışır, xüsusən də ruhi. Və xatırlatmaq istəyirəm ki, psixiatriyada dəliliklə bağlı bir termin var. Bir insan ruhi xəstə kimi tanınırsa, deməli o, dəlidir. Yəni məhkəmə yolu ilə cəzalandırıla bilməz. Mən isə onun psixi cəhətdən sağlam olmasını istərdim”, – nevroloq qeyd edib.
Bundan əvvəl Britaniya kəşfiyyatının keçmiş rəhbəri Kristofer Stil Vladimir Putinin ağır xəstə olduğunu bildirmişdi.
Versiyaya görə, həkimlər onun qan xərçəngi olduğunu müəyyən ediblər. Bu barədə KİV-də Rusiya hakimiyyəti ilə sıx əlaqələri olan oliqarxa istinadən məlumat yayılıb.
Roman Göytürk,
KONKRET.az
