Universitetdə bıçaqlı hücum: 14 yaşlı şübhəli həbs edildibackend

Universitetdə bıçaqlı hücum: 14 yaşlı şübhəli həbs edildi

Avstraliyanın Sidney Universitetində bıçaqlı hücumda 1 nəfərin yaralanıb, 14 yaşlı oğlan isə nəzarətə götürülüb.

KONKRET.az xəbər verir ki, hücumun hansı səbəbdən törədildiyi hələ məlum deyil. Araşdırma nəticəsində müəyyən edilib ki, son vaxtlar gənclər internetdə radikallaşmadan təsirlənir.

Əyalət polisindən verilən açıqlamada bildirilir ki, hadisə nəticəsində ağır yaralanan 22 yaşlı gənc xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir. Polis hadisə yerini mühasirəyə allb. Universitetdən verilən açıqlamada deyilir ki, hadisənin baş verdiyi Kamperdaun şəhərciyi bağlanıb və polis araşdırması davam edir.

Terrorla Mübarizə üzrə Komissarın müavini Mark Uolton hadisədən sonra avtobusa minən 14 yaşlı bir uşağın xəstəxana yaxınlığında tutulduğunu və saxlandığını açıqlayıb.

Məlum olub ki, hücuma məruz qalan şəxslə saxlanılan şəxs bir-birini tanımır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*