Universitetə qəbul üçün pullu müəllim dövrü bitir – Qonşu ölkənin təhsil sistemində mühüm yenilikbackend

Universitetə qəbul üçün pullu müəllim dövrü bitir – Qonşu ölkənin təhsil sistemində mühüm yenilik

Gürcüstan məktəblərində şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlanması üçün xüsusi hazırlıq sistemi yaradılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın təhsil naziri Qivi Mikanadze məlumat verib.

Nazirin sözlərinə görə, hazırda yeni sistemdə istifadə olunacaq dərsliklər üzərində intensiv iş aparılır. Yaxın vaxtlarda müəllimlərin seçilməsi və yenidən hazırlanması həyata keçiriləcək.

Hazırlıq qruplarında maksimum 10 şagird olacaq. XI sinif şagirdləri bütün tədris ili ərzində universitetlərə qəbul imtahanlarına daxil olan 3-4 fənn üzrə məktəbdə hazırlıq keçəcəklər.

Sistemin 2027–2028-ci tədris ilinin əvvəlindən rəsmi fəaliyyətə başlaması planlaşdırılır.

Yeni sistemin əsas məqsədi ailələrin övladlarını məktəbdənkənar pullu müəllimlərin yanına göndərmək ehtiyacını aradan qaldırmaq və universitetə qəbul hazırlığını məktəbin özündə təşkil etməkdir. Beləliklə, ailələrin əlavə hazırlıq üçün çəkdiyi maliyyə yükünün azaldılması nəzərdə tutulur.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*