Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.
Bu barədə KONKRET.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12186 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:
Qəbul planı |
Qəbul olunub | Qəbulolma faizi | Vakant yerlərin
sayı (faizi) |
|||
Azərbaycan bölməsi | Rus bölməsi |
Bölmələr üzrə cəmi |
||||
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar | 11651 | 11111 | 523 | 11634 | 99.85 | 17 (0.15) |
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar | 736 | 540 | 12 | 552 | 75.00 | 184 (25.00) |
Cəmi | 12387 | 11651 | 535 | 12186 | 98.38 | 201 (1.62) |
90 balım var 2 ci turda pulu pulsuz düşə bilərəm