Avropada istidən 50 mindən çox insan həlak olub: 2026-cı yay müşahidə tarixinin ən ölümcül yayı olubbackend

Avropada istidən 50 mindən çox insan həlak olub: 2026-cı yay müşahidə tarixinin ən ölümcül yayı olub

Avropada istilər səbəbindən 50 000-dən çox insan həlak olub. Bu yay müşahidələr tarixinin ən pis yayı olub. KONKRET.az xəbər verir ki, informasiya agentlikləri Nature Health beynəlxalq elmi onlayn jurnalının oktyabr sayında dərc olunacaq tədqiqatın nəticələrinə istinadən bildirir ki, ölümlərin təxminən üçdə ikisi birbaşa insan fəaliyyətinin yaratdığı iqlim dəyişikliyi ilə bağlıdır.

“Böyük əminliklə deyə bilərik ki, 2026-cı yay Avropanın geniş əraziləsində istiliklə bağlı ölüm göstəricilərinə görə müşahidələr tarixinin ən pis yayı olub”, – London İmperial Kolleci iqlimşünası Kler Barns bildirib.

Tədqiqat Aİ, Britaniya, Norveç və İsveçrədəki 850-dən çox şəhər mərkəzinin məlumatlarını əhatə edib. Bu ölkələrin əhalisinin təxminən 40%-i həmin şəhərlərdə yaşayır. Müəlliflərin məlumatına görə, anomal istinin qurbanları yalnız yaşlılar olmayıb: 50 000 həlak olanın təxminən altı mini 65 yaşdan cavan insanlar təşkil edib.

Hesablamalara görə, keçən yay 2000-ci ildən bəri belə statistikanın aparıldığı dövrün ən ölümcül yayı olub. Müqayisə üçün: 2022-ci ildə bütün il ərzində istidən təxminən 29 000 nəfər həlak olmuşdu. Robert Kox İnstitutunun məlumatlarına görə, Almaniyada ötən yay istidən təxminən 16 000 nəfər ölüb.

“Getdikcə daha aydın olur ki, şəhərlərimiz temperaturun artmasına zəif uyğunlaşıb və adaptasiya səylərini gücləndirmək çox vacibdir”, – epidemioloq Pyer Masselo vurğulayıb. O, xüsusilə yaşıl zonaları artırmaq və ətraf mühitin çirklənməsini azaltmaq yolu ilə şəhərlərin soyudulmasına çağırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*