Uşaq ata-anasından imtina edə bilər? – QANUNDA maraqlı detalbackend

Uşaq ata-anasından imtina edə bilər? - QANUNDA maraqlı detal

Uşağın ata və ya anasından imtina etməsi ilə bağlı hüquqi mexanizmin olub-olmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. 

KONKRET.az xəbər verir ki, Ailə Məcəlləsində uşağın öz valideynindən (ata və ya anasından) imtina etməsi barədə prosedur nəzərdə tutulmayıb.

Lakin valideynin valideynlik hüquqları məhdudlaşdırıla və ya o, valideynlik hüquqlarından məhrum edilə bilər. Lakin bu da uşağın valideyndən imtina etməsi demək deyil.

Valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında mümkündür.

Valideynlik hüquqlarının bərpası da valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*