Hindistanda inanılmaz bir hadisə baş verib: uşaq evin balkonundan yıxılsa da, yoldan keçən bir rikşanın (arabanın) oturacağına düşərək sağ qalıb.
Hadisə şənbə günü Tikamqarh şəhərində baş verib. Müşahidə kamerasından alınan görüntülərdə bir insanın rikşanı küçə ilə apardığını və bir uşağın qəflətən oturacağa düşdüyünü müşahidə etmək mümkündür. Adamlar tez arabaya tərəf qaçırlar, onlardan biri uşağı qucağına götürür.
KONKRET.az yerli mediaya istinadən bildirir ki, uşağın üç yaşı var. Uşaq evin ikinci mərtəbəsindəki eyvandan yıxılıb. Hadisədən sonra körpə xəstəxanaya çatdırılıb, amma müayinə heç bir xəsarət üzə çıxarmayıb.
