Uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı – VİDEObackend

Uşaqların satdığı salfetin içində narkotik olması ilə bağlı yalan məlumat yayan şəxs saxlanıldı - VİDEO

Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*