“Uşaqlarına cizgi film qəhrəmanlarının adlarını vermək istəyirlər” – Nazirlik rəsmisibackend

“Uşaqlarına cizgi film qəhrəmanlarının adlarını vermək istəyirlər” - Nazirlik rəsmisi

“Azərbaycanda bəzən vətəndaşlar övladlarına xarici serialların, hətta cizgi filmlərinin qəhrəmanlarının adlarını vermək üçün müraciət edirlər. “Elizabet, Mozart, Kiara və digər bu kimi adlar vermək istəyirlər”.

KONKRET.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Nahid Səfərli onlayn brifinqdə deyib.

O qeyd edib ki, qanunvericiliyə görə, hər bir şəxsin adı ata adı və soyadından ibarətdir. Uşağın mənafeyinə xələl gətirən adların qoyulmasına yol verilmir:

“Bəzən xarici ölkədə təhsil alanlar ad və soyadlarını oradakı ad və soyadlara uyğun dəyişmək istəyirlər. Tövsiyə edərdim ki, valideynlər övladlarına milli adlar qoysunlar. Çünki bəzən xarici ölkədə normal səslənən ad bizim ölkədə normal səslənmir və ya tələffüsdə çətinlik olur. Bu isə gələcəkdə uşaqların adlarını gülüş mənbəyinə çevirə bilər. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilir”.

N. Səfərli əlavə edib ki, övladına ad qoymaqda çətinlik çəkən şəxslər yerli qeydiyyat şöbələrinə paylanmış “Şəxs adları” və “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*