ÜST: “Donuz qripi” artıq mövsümi qrip sayılırbackend

ÜST: "Donuz qripi" artıq mövsümi qrip sayılır

““Donuz qripi” kimi tanınan H1N1 virusu 2009-cu ildə yayılmağa başladı. Həmin ildən bu virus dünyanı gəzir. Artıq buna mövsümi qrip deyirik”.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, “donuz qripi” virusa verilən ilk ad idi, indi isə bu, mövsümi qripdir:

“Azərbaycanda da H1N1 virusu əlbəttə ki, var. Dünyada ümumilikdə 3 tip qrip var. Bu, H1N1, H3N2 və B tipli viruslardır. Bunların hamısı hər il xəstəlik yaradır. Hazırda H1N1 dünyada var, əminəm ki, Azərbaycanda da mövcuddur. H1N1-dən artıq əvvəlki kimi qorxmağa ehtiyac yoxdur. Çünki yeni virus deyil, artıq 10 ildir, insanlar arasında gəzir”.

H.Harmancı qeyd edib ki, 65 yaşdan yuxarı insanların, xüsusən xroniki xəstəliyi olanların, 5 yaşdan aşağı uşaqların, hamilə qadınların və tibb işçilərinin bu virusa qarşı peyvənddən istifadə etməsi vacibdir:

“Çünki qrip xəstəliyi hər kəsdə ağır fomada olmasa da, həmin insanlarda daha ağır formada ola bilər. Bunun isə sətəlcəmə, hətta ölümə səbəb olması mümkündür”.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*