Uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldıbackend

Uyğunsuz görüntüləri yayılan müəllim işdən çıxarıldı

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

Abşeron – Xızı Regional Təhsil İdarəsindən KONKRET.az-a verilən məlumata görə, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*