Vaaqn Aleksanyan: “Ermənistan Konstitusiyası qeyri-legitimdir”backend

Vaaqn Aleksanyan: “Ermənistan Konstitusiyası qeyri-legitimdir”

“Biz görürük ki, Konstitusiyamızda hansı problemlər var. Açığı problemlər olduqca çoxdur”.

KONKRET.az xəbər verir ki, bunu fevralın 8-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan deyib.

“Problemlərdən birincisi Konstitusiyanın legitimliyidir, çünki o vaxtkı hakimiyyətlər istisna olmaqla, Ermənistanın siyasi həyatında olanların demək olar ki, hamısı həmişə bəyan edib ki, konstitusiya referendumları çoxlu pozuntularla keçirilib. Bu, artıq problemdir, biz qeyri-legitim Konstitusiya ilə yaşayırıq. İkinci problem odur ki, Konstitusiyanın dəyişdirilməsinə, düşüncə dəyişikliyinə ehtiyac var”, – Aleksanyan bildirib.

“Konstitusiyada deyilir ki, Ermənistan erməni xalqının arzularını yerinə yetirməlidir. Kimsə mənə izah etsin ki, Ermənistan həm Rusiya ermənilərinin, həm də Amerika ermənilərinin istəklərini eyni vaxtda necə təmin etməlidir? Ermənistan dövlətinin nöqteyi-nəzərindən Ermənistan vətəndaşlarının arzuları ilə bizim soydaşlarımızın, ölkədən kənarda yaşayan insanlarımızın arzuları arasında bərabər əlamət ola bilərmi? Hesab edirəm ki, bu, normal deyil”, – deyə deputat fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*