Valeri Pekres ruslara rus dilində müraciət edib.
KONKRET.az xəbər verir ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres ruslara rus dilində müraciət edərək “Avropada sülhü birlikdə qurmağa” çağırıb.
“Mən qürurlu rus xalqına müraciət edirəm ki, biz birlikdə Avropada sülhü təmin etməliyik. Ukrayna ilə müharibə başlamaq isə dəhşətli səhv ola bilər”, – deyə Pekres bildirib.
Məlumat üçün deyək ki, Apreldə Fransada prezident seçkiləri keçiriləcək. Sorğulara görə, hazırkı prezident Makron (24%) liderlik edir, Valeri Pekresse (16,5%), Marin Le Pen (14%) və Erik Zemmur (14%) ikinci yerdədir.
Xatırladaq ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfərində Rusiya sülhməramlıların iştirak etmədiyi barədə açıqlama vermişdi.
Pekresin həmin çıxışını təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
