Vaqe Ovannisyan: “Bir ildən sonra Makron prezident olmayacaq və heç kim onun nə dediyini xatırlamayacaq”backend

Vaqe Ovannisyan: “Bir ildən sonra Makron prezident olmayacaq və heç kim onun nə dediyini xatırlamayacaq”

“Silah alverçisi haqqında məşhur Lord of War filmi var, yəqin ki, çoxunuz ona baxmısınız. Filmin baş qəhrəmanının belə bir ifadəsi var: “İstənilən Afrika qruplaşması özünü hansısa uca adla — azadlıq cəbhəsi, vətənpərvər, demokratik adla adlandırır və heç vaxt etiraf etmək istəmir ki, onların hamısı əvvəlkilərindən də pis zalımlar dəstəsidir”.

KONKRET.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vaqe Ovannisyan sosial şəbəkə hesabında yazıb.

Bütün Avropa tədbirləri də təmtəraqlı adlar daşıyır: “Avropa Siyasi Birliyinin sammiti”, “İrəvan dialoqu”, “Sülh forumu” və sair”.

Ovannisyan bildirib ki, düz bir ildən sonra Makron artıq prezident olmayacaq və heç kim onun nə dediyini xatırlamayacaq.

Onun sözlərinə görə, eyni hal bir çox başqa siyasətçilərə, məsələn, Şarl Mişelə də aiddir:

“Kim xatırlayır ki, o, Nikol ilə az qala günaşırı qucaqlaşaraq bizi güzəştlərə çağırırdı? Heç onu da xatırlamayacaqlar ki, məhz bu ikisinin yüksək himayəsi altında, 2022-ci ildə həmin Avropa Birliyinin ilk sammitində Nikol Qarabağı Azərbaycanın tərkibində tanıdı. Bundan sonra ermənilərin Qarabağı könüllü tərk etməsi baş verdi”.

Ovanisyan qeyd edib ki, “sivil Avropanın gözü qarşısında XXI əsrdə ermənilər Qarabağdan çıxdı: “İndi orada bir nəfər də erməni qalmayıb”.

O bildirib ki, Avropa hökumətləri bir-bir gəlib gedəcək: “Hazırda kim faydalıdırsa, onunla dostlaşacaq, hazırda kimdən lazımdırsa, ondan qaz alacaq və hər şeyə öz yumacaq. Əlbəttə, bütün bunlar yolüstü gözəl ifadələrlə bəzədiləcək və təsirli başsağlığı jestləri ilə müşayiət olunacaq”.

Ovannisyanın fikrincə, daha böyük təhlükə Avropanın yerli “kuklalarıdır”:

“Onlar Avropa təbəssümləri naminə öz xalqlarını fəlakətə aparmağa, onları başqasının müharibəsinə çəkməyə hazırdırlar. İrəvanda onlardan ən azı ikisi görüşdü”.

O qeyd edib ki, hakimiyyətin informasiya terroru fonunda erməni xalqı Makronun İrəvanda niyə həm Rusiyaya, həm də Trampa qarşı mövqe tutduğunu anlamağa çalışmayacaq:

“Xatırladım ki, bundan əvvəl biz Zəngəzurun bir hissəsinə Trampın adını verməyə də macal tapmışdıq və buna da eyni dərəcədə sevinirdik. Hakimiyyət isə heç nə izah etməyəcək. Ümumiyyətlə, bizə nəyisə izah etməyə nə ehtiyac var ki, bütün bunlardan sonra erməni xalqının əhəmiyyətli hissəsi onsuz da Nikolun “missiyası” altında yaşayır”.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*