“Vaqner” bölmələrini Baxmutdan çıxarırbackend

Vaqner” bölmələrini Baxmutdan çıxarır

“Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb. Priqojin Baxmutun ələ keçirilən hissəsini Rusiya qüvvələrinə təhvil verib iyunun 1-dək rayondan tam çəkiləcəyini əlavə edib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin Telegram kanalında paylaşılan videoda bildirib.

Görüntülərdə Priqojin döyüşçülərinə istirahət edərək növbəti tapşırıqlara hazırlaşacaqlarını deyir.

Qeyd edək ki, Yevgeni Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*