Vardan Arutyunyan: “Ermənilərlə azərbaycanlılar həmişə bir yerdə yaşayıblar və yaşayacaqlar” – VİDEObackend

Vardan Arutyunyan: "Ermənilərlə azərbaycanlılar həmişə bir yerdə yaşayıblar və yaşayacaqlar" - VİDEO

Ermənilərlə azərbaycanlılar həmişə bir yerdə yaşayıblar və yenə də yaşayacaqlar.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Strateji Təhlil Mərkəzinin eksperti, siyasətçi Qela Vasadzenin “Açıq söhbət” verilişində qonaq olmuş hüquq müdafiəçisi, yazıçı Vardan Arutyunyan deyib. Yazıçı Azərbaycan və erməni xalqının yenə də sülh şəraitində yaşaya biləçəyinə inandığını bildirib.

Danışıqların tez baş tutmasını, tezliklə sülh bağlanmasını arzu edən Arutyunyan azərbaycanlıarla ermənilərin oxşar cəhətlərinin olduğunu bildirib. “Ermənilərlə azərbaycanlılar həmişə bir yerdə yaşayıb və mütləq yenə də yaşayacaqlar”, – deyə yazıçı qeyd edib.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*