Vardanyan Paşinyanın adamlarını Qarabağdakı qondarma qurumdan UZAQLAŞDIRIR – YENİLƏNİBbackend

Vardanyan Paşinyanın adamlarını Qarabağdakı qondarma qurumdan UZAQLAŞDIRIR - YENİLƏNİB

Qarabağ quldurları arasında  saqqallı David Babayan da daxil olmaqla, 9-a yaxın “nazir” işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə quldurbaşı Arayik Arutyunyan “əmr” imzalayıb.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan David Babayanın yerinə qondarma rejimin “xarici işlər naziri” təyin olunacaq.

***

09.54

Qarabağa rusun təlimatı ilə gələn Vardanyan Paşinyanın adamlarını “hökumət”dən uzaqlaşdırır.

KONKRET.az xəbər verir ki, Ayk Xanumyan qondarma qurumun “ərazi idarəetmə və infrastruktur naziri” vəzifəsindən istefa verib.
Bu barədə Xanumyan özü məlumat verib.

“Noyabrın 23-dən, demək olar ki, iki il vəzifədə qaldıqdan sonra mən Qarabağın “razi İdarəetmə və İnfrastruktur naziri” vəzifəsini tutmağı dayandırıram. Qarabağda yeni “hökumət” qurulur və mən onun tərkibində olmayacağam.

Qarabağ “hökumət”inin süqutu, tərkibindən asılı olmayaraq, bütün erməni xalqı üçün ölümcül ola bilər. Ona görə də Qarabağ “hökumət”inin bütün ermənilərin dəstəyinə ehtiyacı var.

Qarabağın Ermənistanın suverenliyi altında saxlanması kimi böyük məqsəd uğrunda işləməyə davam edirəm”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*