Vəhşi heyvanlar kəndə hücum etdi – 30 min manatlıq zərərbackend

Vəhşi heyvanlar kəndə hücum etdi - 30 min manatlıq zərər

Bərdədə vəhşi heyvanların hücumu nəticəsində kənd sakininə məxsus xırdabuynuzlu heyvanlara ciddi ziyan dəyib. Hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, zərərçəkən ailənin üzvü Mustafa Mustafayev bildirib ki, sürüdə olan onlarla heyvandan 38-i canavarların hücumu zamanı tələf olub, 8 baş heyvan isə yaralanıb. Onun sözlərinə görə, hadisə nəticəsində təxminən 30 min manatlıq zərər yaranıb. O, vəhşi heyvanların kənd ərazilərinə yaxınlaşmasının qarşısını almaq üçün yetərli tədbirlərin görülmədiyini deyib.

Baytar həkim Vüsal Mehdizadə isə məsələ ilə bağlı qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə ərazidə müvafiq tədbirlər həyata keçirilib. Tələf olmuş heyvanlar xüsusi qaydada basdırılıb, ərazi dezinfeksiya olunub, yaralı heyvanlara isə ilkin tibbi yardım göstərilib.

Onun sözlərinə görə, bəzi heyvanların vəziyyəti ağır olaraq qalır, lakin aparılan müalicə nəticəsində müəyyən hissəsində sağalma müşahidə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*