“Mən erməniyəm və çoxlu sayda azərbaycanlı dostlarım var. Çoxları ilə real həyatda tanış olmuşam. İstanbula gələndə həmişə mənə zəng edirlər və biz birlikdə çay içir, söhbətləşirik. Onların hamısı ilə mənim ən isti, ən mehriban münasibətlərim olub və indi də var. Eyni zamanda qeyd edim ki, onlar məni olduğum kimi, yəni iliklərimə qədər erməni kimi qiymətləndirirlər və sevirlər”.
KONKRET.az xəbər verir ki, bu zöləri tanınmış erməni fəal İşxan Verdyan özünün teleqram kanalında bildirib.
O daha sonra yazıb: “Buna görə də özümə və hər kəsə sual verirəm: əgər adi insanlar arasında belə münasibətlər mümkündürsə, o zaman ümumən sadə insanlar arasında belə münasibətlərin yaranmasına nə mane ola bilər? Gəlin bir-birimizlə danışaq və hər şeyi öz aramızda həll edək. Və bizə heç bir vasitəçi lazım olmayacaq. Sadəcə imkan verin, danışaq”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
