Vərəmin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilə bilərbackend

Vərəmin müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilə bilər

Vərəmin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov çıxış edib.

“Uşaqlar arasında elə nadir xəstəliklər var ki, bu gün onlar xidmətlər zərfinə daxil deyil. Yaxşı olardı ki, müəyyən bir yeni dövlət proqramı çərçivəsində həmin məsələlərin həllinə nail olaq. Onu da qeyd edim ki, bu il Səhiyyə Nazirliyi yeni vərəmlə mübarizə strategiyasını hazırlayıb dövlətə təqdim edəcək. Vərəmin müalicəsi bundan sonra artıq icbari tibbi sığortanın bir hissəsi olaraq inteqrasiya olunmalıdır”, – deyə deputat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*