backend

"Vergi və gömrük plandan əlavə - 1 MİLYARD MANAT TOPLAYIB"

2019-cu ildə vergi və gömrük xidmətləri büdcəyə nəzərdə tutulandan artıq vəsait toplayıblar.

KONKRET.az xəbər verir ki, bu ğarədə Prezident İlham Əliyev Yeni İl münasibətilə Bayram Təbrikində bildirib.

Dövlət başçısı bildirib:

“Şəffaflıq baxımından bu il çox uğurlu il olmuşdur. Vergi və gömrük orqanları xəzinəyə plandan əlavə 1 milyard manatdan çox vəsait daxil etmişlər və əlbəttə, bu, imkan verir ki, – əminəm, bu meyil gələn il də müşahidə olunacaq, – biz daha geniş miqyasda sosial və infrastruktur layihələri icra edək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hələ ilk 11 ayın sonunda büdcədə 956 milyon manat artıq vəsait toplanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*