Vətən müharibəsi Qəhrəmanının atası dünyasını dəyişdibackend

Vətən müharibəsi Qəhrəmanının atası dünyasını dəyişdi

Qubadan olan Vətən müharibəsi Qəhrəmanı Şahin Allahyarovun atası dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Qubanın Zizik kənd sakini Hüseynbala Allahyarov gecə saatlarında dünyasını dəyişib.

İlkin ehtimala görə onun ürək tutmasından öldüyü bildirilir.

Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*