Vətəndaşlara SMS göndərilir – SƏBƏBbackend

Vətəndaşlara SMS göndərilir - SƏBƏB

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

KONKRET.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır. Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.

Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

  • Vüqar
    Sentyabr 12, 2023 - 16:40

    Yeni Müsavat yazır ki,bu sms-ləri Ermeni xüsusi idaresi yollayır.indi kimə inanaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*