Vəzifəsindən azad edilən Zalujnı: “Hazırda işsizəm”backend

Vəzifəsindən azad edilən Zalujnı: "Hazırda işsizəm"

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, general Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra ilk açıqlamasını verib.

KONKRET.az xəbər verir ki, o, müvafiq nəşrə verdiyi açıqlamanı öz Telegram kanalında yerləşdirib.

Zalujnı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildikdən sonra heç bir vəzifə tutmur.

“Hazırda rəsmi vəzifə tutmamağıma baxmayaraq, Ukraynanın müdafiəsi qarşısında şərəf və məsuliyyət hiss edirəm”, – deyə Zalujnı qeyd edib..

Fevralın 8-də prezident Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. O, 2021-ci ilin iyulundan Ukrayna ordusuna rəhbərlik edirdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*