Vigen Xaçatryan: “Paşinyan deyib ki, Azərbaycan dəhliz əldə etmək üçün hər şeyi edəcək”backend

Vigen Xaçatryan: "Paşinyan deyib ki, Azərbaycan dəhliz əldə etmək üçün hər şeyi edəcək"

“Mülki müqavilə” fraksiyasının üzvü Vigen Xaçatryan ötən gün baş nazirin iştirakı ilə parlamentin iclasında bildirib ki, son hadisələr onlar üçün təəccüblü olmayıb. Mümkün bir hücum haqqında əvvəlcədən danışılırdı və təxminən 6 saat Dilicanda müharibə ehtimalı məsələsi müzakirə edilib.

KONKRET.az yazır ki, bu  barədə “Hraparak” qəzeti yazıb. Həmin məqalədə vurğulanır ki, “Paşinyan praktiki olaraq Azərbaycanın dəhliz əldə etmək üçün hər şeyi edəcəyini deyib. Sonra əlavə edib ki, onların vəzifəsi bu vəziyyəti ən azı 2 il saxlamaq və bununla da vaxtı uzatmaqdır. O, bildirib ki, bu müddət ərzində ordunu yenidən silahlandıracaq və problemin hərbi yolla həllinə imkan verməyəcək. Əslində, müharibə başa çatdıqdan 2 il sonra Paşinyan anladı ki, ordunun saxlanması xərclərini azaltmaq yox, yenidən silahlandırmaq lazımdır. Fakt budur ki, Brüssel görüşündə Əliyev kəskin şəkildə sual qaldırdı: ya dəhliz verirlər, ya da hərbi yolla alır.

Yeri gəlmişkən, bu dəhlizə ehtiyac Azərbaycanın İrana etimadsızlığından irəli gəlir. Əliyev Naxçıvanı bu ölkədən keçən yola ümid bağlamaq istəmir, ona alternativ yol lazımdır. Pessimistlər hesab edirlər ki, dəhliz bəhanəsi ilə Türkiyə-Azərbaycan tandemi sadəcə Süniki tutmaq istəyir, əslində yoldan söhbət gedə bilməz”, – deyə qəzet yazır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*