Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsinə yeni baş inspektor təyin olunub.
KONKRET.az–ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis leytenantı Bayramzadə Orxan Natiq oğlu təyin olunub.
Qeyd edək ki, O.Bayramzadə bundan əvvəl Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsində çalışıb.
