Vinisiusun “Real”dakı taleyi BƏLLİ OLDUbackend

Vinisiusun "Real"dakı taleyi BƏLLİ OLDU

“Real Madrid”in hücumçusu Vinisius Junior klubla yeni müqavilə ilə bağlı razılığa gəlib.

KONKRET.az xəbər verir ki, məlumata görə, tərəflər artıq əsas məsələlərdə anlaşma əldə ediblər və hazırda yalnız son detalları razılaşdırırlar. Xəbəri “Sky Sports” jurnalisti Florian Plettenberq sosial şəbəkədə paylaşıb.

Bildirilir ki, yeni müqavilə imzalandıqdan sonra da komandanın ən yüksək maaş alan futbolçusu Kylian Mbappe olaraq qalacaq.

Hazırda Vinisius Junior illik 25 milyon avro qazanır. Mbappenin maaşı isə 32 milyon avro təşkil edir. Braziliyalı futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*