Rusiya Prezidenti Vladimir Putinlə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında telefon danışığı olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı Putin 3 apreldə Serbiya prezident seçkilərində qalib gələn Vuçiçi təbrik edib.
Həmçinin liderlər Rusiya-Serbiya strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və ticarət-iqtisadi əlaqələr, o cümlədən, Kosovodakı vəziyyət müzakirə ediblər. Putin Vuçiçə Ukrayna ilə Rusiya arasında aparılan danışıqlar barədə məlumat verib.
İqbal Rzayev,
KONKRET.az
