Vuçiçin qələbəsi rəsmiləşdibackend

Vuçiçin qələbəsi rəsmiləşdi

Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiç aprelin 3-də keçirilən prezident seçkilərində 58,59 faiz səslə qalib gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Serbiyanın Seçki Komitəsi iclas keçirərək, bütün şikayətlərə baxdıqdan və bir neçə seçki məntəqəsində təkrar səsvermə keçirdikdən sonra aprelin 3-də Serbiya prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib.

6,5 milyondan çox vətəndaşın səsvermə hüququ var idi. Seçkilərdə iştirak 58%-dən çox olub.

Seçki komitəsinin məlumatına görə, hazırkı prezident Aleksandar Vuçiç 58,59%, onun ən yaxın rəqibi Zdravko Ponoş isə 18,39% səs toplayıb. Xatırladaq ki, aprelin 4-nə keçən gecə Serbiya lideri artıq ilk turda qələbəsini elan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*