Uxan: Kabusa dönmüş şəhərin görüntüləri – VİDEObackend

Uxan: Kabusa dönmüş şəhərin görüntüləri - VİDEO

Uxan şəhəri insanlıq tarixində qeydə alınmış ən böyük karantini yaşamaqdadır.

KONKRET.AZ xəbər verir ki, 2019-nCov virusu ilə mübarizə aparmaq üçün 23 yanvarda hökumət şəhəri karantin altına almaq barədə qərar verib.

Şəhərdə bütün əyləncə proqramları, bazarlar, insanların kütləvi toplaşa biləcəyi bütün məkanlar bağlıdır.

Təyyarə, dəmir yolları və ictimai nəqliyyatın işi dayandırlıb. Şəhərin mərkəzində özəl avtomobillərin də hərkətinə icazə verilmir. Yalnız taksi və qida, müxtəlif tələbat məhsullarını daşıyan avtomobillər yollara çıxır.

“ABC News” və “EuroNews” pilotsuz dronlarla şəhərdə çəkiliş edib. Dünyaya yayılan videoda boş qalan 35 milyon əhalisi olan şəhər görüntüləri var.

İnsanlar küçələrə maska ilə yalnız zəruri ehtiyac olduqda qida almaq üçün çıxırlar.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*