Vyana festivalı ukraynalı həmkarı Oksana Lınivin xahişi ilə yunan əsilli rusiyalı dirijor Teodor Currentzisin rəhbərliyi altında Almaniyanın Cənub-Qərb Radiosu Simfonik Orkestrinin konsertini ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.
Lıniv Kiyev Simfonik Orkestri ilə birlikdə bu il iyunun 2-də festival çərçivəsində ukraynalı bəstəkar Yevgeni Stankoviçin “Babi Yar” rekviyemini ifa edəcək. Currentzisin konserti iyunun 12-nə planlaşdırılıb, proqrama Benjamin Brittenin “Müharibə rekviyemi” daxil edilib.
“Biz Vyana Festivalında konsertin ləğv olunmasından çox şadıq”, – deyə Lıniv bildirib.
Qeyd edək ki, bir çox ukraynalı musiqiçilər ruslara görə festivalda iştirakdan imtina etmək niyyətində idilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
