Vyanada etiraz aksiyası keçirilirbackend

Vyanada etiraz aksiyası keçirilir

Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

KONKRET.az xəbər verir ki, “Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin təşkilatşılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycanındır!” şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

“Azeri-DER”in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Aksiya “Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin sosial media şəbəkəsi üzərindən canlı yayımlanır.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*