Vyetnamda üç aylıq körpə koronavirusa yoluxdubackend

Vyetnamda üç aylıq körpə koronavirusa yoluxdu

Vyetnamda koronavirus virusuna yoluxanların sayı 15 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “VnExpress” nəşri ölkənin Səhiyyə Nazirliyinə istinadən yayıb.

Üç aylıq bir körpənin də koronavirusa yoluxduğu deyilir.

Qeyd olunur ki, buna səbəb kimi körpənin nənəsinin adl çəkilir. O, Çinin Uxan şəhərindən qayıdan bir Yapon şirkətinin işçisi ilə təmasda olub və nəticədə uşaq xəstələnib.

Hazırda körpə anası ilə birgə karantindədir. Ana isə hələlik virusa yoluxmayıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların koronavirusa yoluxduğunu elan edib. Xəstəliyin törədicisi “2019-nCoV”un yeni bir növüdür.

 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*