“WarGonzo”nun qurucusu Qarabağdan qaçdı – Azərbaycana qarşı təxribatçı videolar çəkirdibackend

“WarGonzo”nun qurucusu Qarabağdan qaçdı - Azərbaycana qarşı təxribatçı videolar çəkirdi

Azərbaycana qarşı təxribatçı videolar çəkən “WarGonzo” kanalının qurucusu Semyon Peqov Qarabağdan gedib.

KONKRET.az xəbər verir ki, Xabarovska getməsi barədə S.Peqov özü məlumat verib.

O, Xabarovska gedişinin “yeni araşdırmalarla” bağlı olduğunu bildirib.

Semyon Peqov “Telegram”da təxribatçı videoları ilə tanınıb.O, Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.

Xatırladaq ki, ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*