“Washington Post”: “Nəyə görə Rusiyanın Ukraynaya müdaxiləsini Konqresdə hamı pisləmir?” – TƏHLİLbackend

Washington Post”: “Nəyə görə Rusiyanın Ukraynaya müdaxiləsini Konqresdə hamı pisləmir?” - TƏHLİL

Rusiyanın Donbasdakı hərbi əməliyyatı amerikalı siyasətçilər arasında mübahisə mövzusuna çevrilib. Respublikaçıların bir hissəsi Baydenin Ukraynaya marağının artmasına razı deyil, bunu vaxt itkisi və strateji səhv adlandırır. Digər qrup isə Putinin əleyhinədir. Amma Rusiya liderini müdafiə edən üçüncü qrup da var. Fakt isə odur ki, Rusiyanın Ukraynada əməliyyatının başlaması və onun beynəlxalq səviyyədə qınanması ilə paralel respublikaçılar arasında ciddi fikir ayrılığı baş verir.

Bəs baş verənləri necə xarakterizə etmək olar?

Dediyimiz kimi bu məsələdə respublikaçılar üç qrupa bölünür:

1. “Putin tərəfdarları”- qrupu

Bu, ən böyük qrup deyil, lakin onun tərkibinə ən nüfuzlu iki respublikaçı daxildir. Donald Tramp bu həftə Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın üsyançıların nəzarətində olan ərazilərində keçirdiyi hərbi əməliyyatı “parlaq” və “ağıllı” addım adlandırıb. O, çoxdan Putinin pərəstişkarı olub və görünür, onun avtoritar qabiliyyətlərinə heyran olub. Tramp öz partiyasının araşdırmalarına etibar etmək əvəzinə, Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsinə şübhələr bildirməklə Putinə yaxşılıq etdi. O, Rusiyanın seçkilərə müdaxilə etdiyini iddia edib.

Fox News-un reytinqli və ən çox baxılan televiziya aparıcısı Taker Karlson fevralın 23-də Putini Amerika liberalları (yaxud onun liberallar versiyası) ilə müqayisə etməyə çalışdı:

“İşlər həqiqətən ciddiləşdiyinə görə, bəlkə də, hamımız buna dəyərdik. Özünüzə sual verin, əslində bu, nə ilə bağlıdır?, Biz Putinə niyə bu qədər nifrət edirik? Putin nə vaxtsa məni irqçi adlandırıb?, Onunla razılaşmadığım üçün məni işdən çıxaracağı ilə hədələyib?, Niyə demokratlar sizin Putinə nifrət etməyiniz üçün bu qədər can atırlar?, Putin, bəlkə, sizin kimi bütün işləri paytaxtdan kənara köçürdü?, Bəlkə, o, biznesinizi məhv edən qlobal pandemiya təşkil etdi?, Yoxsa o, sizin uşaqlarınıza irqi ayrı-seçkiliyi təşviq etdi?, O, fentanil istehsal edir?, O, it əti yeyir? – deyə Karlson özünün Twitter səhifəsində yazıb.

2. “Şahinlər” qrupu

Bu, Respublikaçılar Partiyası üçün ənənəvi qrupdur. Buraya Cənubi Karolinadan olan senatorlar Lindsey Qrem və Texasdan Ted Cruz kimi Trampın bəzi müttəfiqləri də daxildir. Qrem mütəmadi olaraq Putini “quldur” adlandırır. Bu qanunvericilər adətən Prezident Baydeni Putinə daha çox yeni sanksiyalar tətbiq etmədiyi üçün zəif kimi xarakterizə edirlər.

Trampın Putinlə bağlı parlaq səciyyələrini izah etmək istədikdə, bu insanlar iddia edirlər ki, Rusiya Prezidentinin tərəfdarları ümumilikdə Respublikaçıların sıralarında azlıq təşkil edir.

3. “Bunun bizə aidiyyəti yoxdur” qrupu

Trampın Konqresdəki müttəfiqləri qrupu Putini keçmiş prezident kimi tərifləməkdə uzağa getmir. Ancaq onlar soruşurlar: “Niyə Bayden Ukraynanı dəstəkləmək üçün, ümumiyyətlə, hər hansı resurs xərcləməlidir?”

Missuri ştatından respublikaçı senator Djoş Xouli deyir: “Mən hesab edirəm ki, Avropaya daha çox  ABŞ əsgəri göndərmək, qitədə hərbi öhdəliklərimizi genişləndirmək və NATO-nu genişləndirmək administrasiyanın strateji səhvidir”.

Trampın müttəfiqi Stiv Bannon bu yaxınlarda verdiyi podkastda bunu belə yekunlaşdırıb:

“Bizim heç bir marağımız yoxdur. Tramp hərəkatında heç kim Ukraynanın şərqindəki rusdilli ərazilərlə, ümumiyyətlə, maraqlanmır”.

“Şahinlər” Baydeni kifayət qədər iş görmədiyinə görə tənqid edərkən, bu qrup Baydeni Ukrayna haqqında, ümumiyyətlə, hər hansı bir iş gördüyünə görə tənqid edərək, bunun vaxt itkisi olduğunu söyləyir.

Bəs dərin parçalanma haradan qaynaqlanır?

Bu ilin noyabrında Respublikaçılar Konqresə nəzarəti ələ keçirə bilər. Onların belə bir fundamental məsələdə fikir ayrılığı o deməkdir ki, respublikaçılar ölkəni idarə etməyə ciddi yanaşmasalar, öz sıralarında kifayət qədər parçalanma ilə üzləşməli olacaqlar.

 

Arone Blanke, “Washington Post” (ABŞ)

Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*