“Wildberries”in dron hücumları səbəbindən itkiləri 800 milyard rubla çatıb?backend

“Wildberries”in dron hücumları səbəbindən itkiləri 800 milyard rubla çatıb?

Dron hücumları nəticəsində Rusiyanın “Wildberries” onlayn ticarət platformasının itkiləri 800 milyard rubla çata bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Analitiklərin hesablamalarına görə, şirkət artıq anbar sahələrinin təxminən 20 faizini itirmiş ola bilər.

Anbarların və əlaqəli infrastrukturun bərpasına 279 milyard rubla qədər vəsait tələb oluna bilər. Zədələnmiş obyektlərin tam sökülməsi, tikinti tullantılarının ərazidən daşınması və ərazilərin rekultivasiyası lazım gələrsə, xərclər bir neçə dəfə arta bilər.

Bu gün isə dronlar yenidən Tver vilayətində yerləşən “Wildberries” anbarına çatıb. İlkin məlumata görə, bu dəfə yalnız binanın divarı zədələnib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*