“Wizz Air”dən ukraynalılara böyük JEST – 100 min pulsuz bilet VERİLƏCƏKbackend

"Wizz Air"dən ukraynalılara böyük JEST - 100 min pulsuz bilet VERİLƏCƏK

“Wizz Air” qonşu Polşa, Macarıstan, Slovakiya və Rumıniyadan olan ukraynalı qaçqınlara 100 min pulsuz bilet verəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Wizz Air” özü məlumat yayıb.

Məlumatda bildirilib ki, aviaşirkət könüllü olaraq ukraynalı qaçqınlara harada olursa olsun, təyinat yerlərinə çatmaqda köməklik göstərib.

Mart ayında sadalanan ölkələrdən qısamüddətli uçuşlarda pulsuz yerlər mövcuddur.

“Biz həmçinin bilirik ki, bir çox qaçqınlar artıq köçməyə başlayıb və başqa yerə düşə bilər, buna görə də biz bütün digər uçuşlar üçün 29,99 avroya və 69,99 avroya xilasetmə bileti təklif edirik”, – Wizz Air qeyd edir.

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri təxminən 660 min ukraynalı qaçqın sərhədi keçib.

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*