WUF13: Hikmət Hacıyev Gəncə ilə bağlı video paylaşdıbackend

WUF13: Hikmət Hacıyev Gəncə ilə bağlı video paylaşdı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “AnewZ” telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb.

KONKRET.az bildirir ki, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur.

Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Gəncənin əsrlər boyu İpək Yolu üzərində mühüm mərkəz olduğu, bilik mübadiləsinə və multikultural mühitin inkişafına töhfə verdiyi vurğulanır.

Bundan əlavə, videoda 1918-ci ildə Gəncənin Şərqdə ilk parlamentli demokratik respublikanın paytaxtı olduğu qeyd edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*