Xaçmaz Rayon Polis Şöbəsinin rəisi sakinlərə XƏBƏRDARLIQ etdibackend

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi sakinlərə XƏBƏRDARLIQ etdi

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə xaçmazlıları təbrik edib. Hər bir ailəyə səadət, xoşbəxtlik, əmin-amanlıq və yeni uğurlar arzulayıb.

KONKRET.az xəbər verir ki, şöbə rəisi həmçinin sakinləri bayram günlərində asayişin və təhlükəsizliyin qorunmasında ayıq-sayıq olmağa səsləyib. İnsanları yüksək əhval-ruhiyyəni və dincliyi pozan, sağlamlığa zərər yetirən hərəkətlərdən çəkinməyə çağırıb.

Həmid Həsənov hansısa xoşagəlməz hallar baş verərsə, sakinlərin dərhal DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələrini xahiş edib.

 

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*