Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.az-ın şimal bölgəsinin xüsusi müxbiri xəbər verir ki, 2004-cü il təvəllüdlü Şükürlü Fidan Eldəniz qızını maşın vurub. Yaralının vəziyyəti olduqca ağırdır. Şabran rayon Ağalıq kənd sakini hazırda xəstəxanadadır.
Araşdırma aparılır.
C.FƏRZƏLİYEV
