Xaçmazda 23 yaşlı gənc dənizdə batdı – YENİLƏNİBbackend

Xaçmazda 23 yaşlı gənc dənizdə batdı - YENİLƏNİB

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, Niyazoba kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

F.Aydəmirovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.

19:17

Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlu batıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*