Xaçmazdakı qəza ilə bağlı TƏBİB-dən açıqlama – YENİLƏNİBbackend

Xaçmazdakı qəza ilə bağlı TƏBİB-dən açıqlama - YENİLƏNİB

Yeni istifadəyə verilən Bakı-Quba-Rusiya sərhədinə gedən ödənişli yolun Xaçmazdan keçən hissəsində “Nissan-X-Trail” markalı avtomobil aşıb.

KONKRET.az xəbər verir ki, TƏBİB ödənişli yolda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə açıqlama yayıb.

Qurumdan bildirilib ki, 1964-cü il təvəllüdlü vətəndaş 28.11.2023-cü il tarixində saat 19:00 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

“Vəziyyəti ağır olan pasiyentə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarının küt travması, qabırğaların çoxsaylı sınıqları diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, pasiyent saat 20:39 radələrində vəfat edib”, – deyə açıqlamada qeyd edilib.

***

Ödənişli yolda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, “Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri – 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*