Xaçmazda dəniz sahilində kişi meyiti tapıldıbackend

Xaçmazda dəniz sahilində kişi meyiti tapıldı

Xəzər dənizinin Xaçmaz rayonu Niyazoba kənd sahillərində kişi meyiti aşkarlanıb.

KONKRET.az xəbər verir ki, araşdırmalar zamanı onun Xaçmaz şəhər sakini, 1982-ci il təvəllüdlü Ağayev Asif Balakişi oğlu olduğu müəyyənləşib.

Kənd sakinlərinin dediyinə görə, A.Agayev ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*