Xaçmazda nə baş verir? – VİDEObackend

Xaçmazda nə baş verir? - VİDEO

Bildiyiniz kimi oktyabr ayının 7-dən Xaçmaz bazarında olduqca maraqlı və təəccüblü olaylar yaşanmaqdadır. Oktyabr ayının 8-də isə Xaçmaz bazarında, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərardadın həyata keçirilməsinə etiraz edən bir neçə nəfər, bəzi media qurumlarının da lentə aldığı reportajda müxtəlif iddialarla çıxış ediblər. Hətta “Azəri qardaşları” MMC-nin, bir gün qabaq təyin olunmuş müdiri Qurban Sadıqov, “Arzu” Ticarət Mərkəzinin rəhbəri Gülnarə Həbibova və onun qardaşlarının ünvanına bir çox ittihamlar irəli sürdü. Bu ittihamlarda əsasən, Həbibovlar ailəsi öz anaları şairə xanım Nəcimə Babayevanın qətlində təqsirləndirilirək,şantaj və rüşvətxorluqda ittiham olunurdular.

Həbibovlar ailəsi isə bütün bu ittihamlara hüquqi münasibət bildirmək üçün, topladıqları faktlar və sübutlarla Xaçmaz Rayon Məhkəməsinə müraciət ediblər.

Oktyabr ayının 18-də Xaçmaz Rayon Məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi, Natiq Tağıyevin katibliyi ilə keçirilən hazırlıq iclasında hər iki tərəfin etiraz etməməsinə baxmayaraq, işə baxılmaqdan imtina olunub.

Belə ki, hakim İlkin Xəlilov heç bir əsas göstərmədən, Qurban Sadıqov barəsində xüsusi ittiham qaydasında qaldırılan işə baxılmayacağını, bu işlə bağlı heç bir məhkəmə baxış iclasının keçirilməsinin mümkün olmadığına imza atıb.

Həbibovlar ailəsi is baş verənlərdə rayon rəhbərliyini ittiham edir və hüquqi müstəvidə mübarizələrini davam etdirəcəklərini bildirirlər.

Cəmil MƏMMƏDLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*