Xaçmazda qəza – 4 nəfər yaralandıbackend

Xaçmazda qəza - 4 nəfər yaralandı

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1970-ci il təvəllüdlü Elnarə Nəcməddin qızı Məcidova, Siyəzən rayon sakinləri 1996-cı il təvəllüdlü Fərid Nəbi oğlu Əliyev, 1993-cü il təvəllüdlü Anar Teymur oğlu Əliyev və 1997-ci il təvəllüdlü Fərid Vuqar oğlu Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər dörd yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*