Xaçmazda qəza: Ölən varbackend

Xaçmazda qəza: Ölən var

Xaçmaz rayonunun Nərəcan kəndində yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, “VAZ-2107” və “Kamaz” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*