Xaçmazda yol qəzası oldu – Ölən varbackend

Xaçmazda yol qəzası oldu - Ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səlimov Həmdulla Həmid oğluna məxsus “SEAT ibiza” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində H.Səlimov ölüb.

Faktla bağlı araşdırma aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*