Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi – FOTObackend

Xalq artisti Fidan Hacıyevaya yüksək vəzifə verildi - FOTO

Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib.
Bu barədə KONKRET.az-a sənətçinin özü açıqlama verib.
 F.Hacıyeva sənətinə verilən qiymətə görə, minnətdarlığını belə bildirib:
“Bu təyinata görə, Daxili Qoşunların rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Sənət insanlarına verilən qiymət bizim üçün olduqca önəmli və dəyərlidir”.
Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*